Özcan Dənizdən ailəsinə  sərt sözlər:   “Sizi Allaha əmanət etmirəm”
06 mart 2025 15:51 (UTC +04:00)

Özcan Dənizdən ailəsinə sərt sözlər: “Sizi Allaha əmanət etmirəm”


Tanınmış müğənni Özcan Deniz xeyli müddətdir ailəsi ilə yaşadığı problemlərlə gündəmdədir.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Tikinti kirliliyinə səbəb olmaq” ittihamı ilə istintaq çərçivəsində ifadə verən sənətçi sosial media hesabında belə yazıb:

“Bu gün evimi başıma uçurmağa, yuvamı dağıtmağa çalışan sizləri Allaha tapşırmıram, Allaha əmanət etmirəm”.

Özcan Deniz son dövrlər anası Kadriyə Deniz və qardaşı Ercan Denizin sözləri sonrası ürək spazmı keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Sağlamlıq durumunun yaxşı olduğunu bildirən Deniz deyib:

“Ailə məsələlərini danışmamaq kimi bir prinsipim var. Onsuz da danışdıqları üçün üzgünəm. Eyni şeyi etmək istəmirəm. Artıq ailə məsələsinə əvvəlki kimi romantik baxmıram”.

Özcan Deniz barəsində, İstanbul Sarıyerdəki villalara qanunsuz əlavələr etdiyi üçün “Tikinti kirliliyinə səbəb olmaq” və “Mədəniyyət və Təbii Sərvətləri Qoruma Qanununa zidd davranmaq” maddələri ilə istintaq başlanıb.

Məhkəmədə ifadə verən Deniz bələdiyyəyə gedərək tikinti təmiri üçün icazə istədiyini bildirib:

“O yer dağılsa belə, mən orada çadır qurub oturacağam. O yer mənim övladımın haqqıdır, hüququdur, əməklərimdir, heç kim onu yeyə bilməz”.

Sosial mediada paylaşdığı mesajda isə belə deyib:

“Adımın qarşısına qoya bilmədiyiniz sifətləri məndən də gözləməyin artıq. Məni övlad, qardaş kimi görməyib, “rəqib” kimi görüb etdiyiniz düşmənçiliklərin ayıbı və günahı ilə yaşayın”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar

Zarinanın atası HƏBS EDİLDİ

Zarinanın atası HƏBS EDİLDİ

5 mart 2025 , 18:32
Burak Özçivitin  erməni qadınla   qalmaqal yaradan FOTOSU

Burak Özçivitin erməni qadınla qalmaqal yaradan FOTOSU

5 mart 2025 , 18:06
Özcan Deniz məhkəmədə DİNDİRİLDİ

Özcan Deniz məhkəmədə DİNDİRİLDİ

5 mart 2025 , 15:33
Elton Conun oğulları  hər iki ata ilə   ictimaiyyət qarşısına çıxdı

Elton Conun oğulları hər iki ata ilə ictimaiyyət qarşısına çıxdı

4 mart 2025 , 19:57
Elza Seyidcahan bu dəfə  ayaqqabısı ilə   gündəm oldu

Elza Seyidcahan bu dəfə ayaqqabısı ilə gündəm oldu

3 mart 2025 , 16:51
"Oskar" mərasimindən  ən maraqlı   görüntülər

"Oskar" mərasimindən ən maraqlı görüntülər

3 mart 2025 , 14:12
Özcan Dənizlə bağlı  istintaq:   İfadə verəcək

Özcan Dənizlə bağlı istintaq: İfadə verəcək

3 mart 2025 , 13:16
Dilan Polat boşanır

Dilan Polat boşanır

3 mart 2025 , 00:00