Azərbaycanlı aktrisa Nesrin Cavadzadə görün kimə AŞİQ OLDU?
06 mart 2025 19:30 (UTC +04:00)

Azərbaycanlı aktrisa Nesrin Cavadzadə görün kimə AŞİQ OLDU?

Magazin dünyası yeni bir eşq iddiası ilə çalxalanır. Eyni serialda rol alan məşhur aktyorlar Nesrin Cavadzadə və Pamir Pekinin eşq yaşadığı irəli sürülüb. Cütlüyün sosial mediada bir-birini izləməyə başlaması da diqqət çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Gözəl günlər görəcəyik" serrialında canlandırdığı Anna obrazı ilə 48-ci Antalya Altın Portağal Film Festivalında "Ən yaxşı köməkçi qadın aktrisa" mükafatını qazanan aktrisa karyerasını uğurla davam etditir. TV8-də yayımlanan "Gel konuşalım" proqramında jurnalist Mehmet Üstündağ, Nesrin Cavadzadə və yaraşıqlı aktyor Pamir Pekinin birlikdə olduğunu iddia edib:

"Set məlumatıdır, birlikdədirlər. Mənə setdən belə bir xəbər gəldi. Mənə dedilər ki, "Serial bitəndə görəcəksən" 10 martda serial çəkilişləri başa çatır. Bu, setdən gələn bir məlumatdır. Mənə bildirilən dəqiq məlumat budur. Bu dostluq eşqə çevrildi desələr, təəccüblənməyin. Mənə bu məlumatı verən insanlar çox iddialıdırlar".

Eşq iddiaları yayılan Pamir Pekin və Nesrin Cavadzadə, sosial mediada bir-birini izləməyə başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar