Biləsuvarda kişi güllə yarası alıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinə Nərimanabad kənd sakini B.Əbilovun odlu silahdan açılan atəşdən xəsarət alması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Araşdırmalarla B.Əbilovun ehtiyatsızlığı nəticəsində tüfəngdən açılmış atəşdən xəsarət alması müəyyən olunub. Ondan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb və xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.