Biləsuvarda  ailə qəzaya   düşdü, ölən var
30 iyun 2023 23:00 (UTC +04:00)

Biləsuvarda ailə qəzaya düşdü, ölən var

0

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini, Nazim Abbasovun idarə etdiyi minik avtomobili qəfildən yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan ailə - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Əkbər Əbdülhəsənli və 2021-ci il təvəllüdlü Tuncay Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Sürücü N. Abbasov dünyasını dəyişib.

İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2510

Oxşar yazılar