Biləsuvarda AĞIR QƏZA:  motosikletçi öldü
20 sentyabr 2025 20:32 (UTC +04:00)

Biləsuvarda AĞIR QƏZA: motosikletçi öldü

0

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb. Hərəkətdə olan motosiklet əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tamerlan Zakir oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar