Biləsuvarda ağır qəza -  1 ölü, 3 yaralı var
03 sentyabr 2025 22:25 (UTC +04:00)

Biləsuvarda ağır qəza - 1 ölü, 3 yaralı var

0

Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.

Lent.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

İki minik və bir yük avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə bir nəfər ölüb, Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.

Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar