Dekabrın 17-də saat 5 radələrində İmişli şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girmiş qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-dən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.
Araşdırma aparılır.