Bibisi qızını bıçaqladı
24 dekabr 2023 18:36 (UTC +04:00)

Bibisi qızını bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Təngivan kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı 2003-cü il təvəllüdlü Sevgi Etibar qızı Əzimovanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona qarın divarının yarası diaqnozu qoyub və ilkin tibbi yardım göstəriblər. Sevgi Əzimova cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3825
avatar

Oxşar yazılar