Beyləqan sakini "Kalaşnikov"la tutuldu - FOTO
11 may 2023 09:20 (UTC +04:00)

Beyləqan sakini "Kalaşnikov"la tutuldu - FOTO

0

Beyləqan sakinindən "Kalaşnikov" avtomatı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Əli Allahverdiyev idarə etdiyi avtomobildə saxlanılıb.  Aparılan axtarış zamanı avtomobildən texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 7,62 çaplı 30 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, Ə.Allahverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2095

Oxşar yazılar