"Bəy hamamı"nda 8 bəy CƏRİMƏLƏNDİ
09 aprel 2021 10:31 (UTC +04:00)

"Bəy hamamı"nda 8 bəy CƏRİMƏLƏNDİ

İmişlidə karantin rejimini pozan “Bəy hamamı” müəyyən olunub.
  
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent,az-a bildirilib ki, İmişli rayon Polis Şöbəsinə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib.

Obyektin işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5946
avatar

Mehman Nəbiyev

Oxşar yazılar