İşğaldan azad olunmuş ərazilərə cəhd edərkən polisin qanuni tələbinə tabe olmayan 101 nəfər inzibati qaydada həbs edilib.
Bu barədə DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a məlumat verib.
O bildirib ki, bu günədək işğaldan azad olunan ərazilərə qanunsuz keçməyə cəhd edən 1321 nəfər müəyyən edilib.
Şöbə rəisinin sözlərinə görə, mina partlaması zamanı həyatını itirənlərlə əlaqəli olan 31 nəfərə cinayət işi açılıb.