Bəşir Süleymanlı və  Məmməd Alpay  həbs edildi   - YENİLƏNİB
14 mart 2025 21:35 (UTC +04:00)

Bəşir Süleymanlı və Məmməd Alpay həbs edildi - YENİLƏNİB

Bəşir Süleymanlı ilə birgə saxlanılan "Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə ( Məmməd Alpay) həbs edilib.

Lent.az  xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Məmməd Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Saat 21:00

Bu gün “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının saxlanılması barədə xəbər vermişdik. 

Lent.az xəbər verir ki, Bəşir Süleymanlı həbs edilib.

Binəqədi rayon Məhkəməsinə Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3330

Oxşar yazılar

Bakıda hasar aşdı, qadını əzib öldürdü

Bakıda hasar aşdı, qadını əzib öldürdü

19 aprel 2025 , 19:29
Sumqayıtda su sayğaclarını  oğurlayan qadınlar tutuldu

Sumqayıtda su sayğaclarını oğurlayan qadınlar tutuldu

19 aprel 2025 , 18:52
Tiktokerlər Nuh və "Xan"ın da həbs müddətləri uzadıldı - YENİLƏNİB

Tiktokerlər Nuh və "Xan"ın da həbs müddətləri uzadıldı - YENİLƏNİB

19 aprel 2025 , 18:30
Bakıda anbardan 50 kisə duz  oğurlandı

Bakıda anbardan 50 kisə duz oğurlandı

19 aprel 2025 , 17:38
Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

19 aprel 2025 , 17:02
Azərbaycanda zəlzələ   oldu

Azərbaycanda zəlzələ oldu

19 aprel 2025 , 16:53
Bulvarda dənizdən meyit tapıldı

Bulvarda dənizdən meyit tapıldı

19 aprel 2025 , 15:26
Azərbaycanda bir günə 18 dələduz  saxlanıldı

Azərbaycanda bir günə 18 dələduz saxlanıldı

19 aprel 2025 , 15:22