Beş nəfər özünü  7-ci mərtəbədən atdı:   4-ü öldü
25 mart 2022 18:34 (UTC +04:00)

Beş nəfər özünü 7-ci mərtəbədən atdı: 4-ü öldü

2

İsveçrədəki Cenevrə gölü sahilindəki  Montrö kurort şəhərində beş nəfər özünü 7-ci mərtəbədəki mənzilin eyvanından atıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onların 4-ü hadisə yerindəcə ölüb.

Sağ qalanın potensial fəlakətli xəsarətlər aldığı, vəziyyətinin ağır olduğu və yerli xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qonşular polisə bildiriblər ki, beş nəfərdən ibarət ailə üç il əvvəl mənzilə köçüb – qırx yaşlarında iki böyük, iki yeniyetmə və bir nənə.

Polis özlərini eyvandan atanların bir ailənin üzvləri olduğunu təsdiqləyib. Qonşulardan biri deyib ki, çoxları ailənin hansısa təriqətə mənsub olduğunu düşünüb.

Məlumata görə, ölənlər arasında 40 yaşlarında bir kişi, onun həyat yoldaşı və 41 yaşlı əkiz bacısı, ailənin 8 yaşlı yaşlı qızı da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3563

Oxşar yazılar