Xəbər verildiyi kimi, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
Lent.az xəbər verir ki, FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.
Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir.
***
Saat 19:52
Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində yüzlərlə hektar əkin sahəsi su altında qalıb.
Lent.az-ın APA-ya istinadal xəbərinə görə, köməksiz qalan sakinlərin təxliyəsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin kiçik qayığı gətirilib.
Hazırda aidiyyəti qurumlar tərəfindən əraziyə ağır texnika gətirilib, bəndin bərpası istiqamətində işlərə başlanılıb.
***
17:47
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a bildirilib ki, nazirliyin Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.