Bərdədə sistem köçürülən 6 yaşlı uşaq öldü
23 sentyabr 2025 00:52 (UTC +04:00)

Bərdədə sistem köçürülən 6 yaşlı uşaq öldü

1

Bərdədə altı yaşlı uşaq sistem köçürüldükdən sonra ölüb.

Lent.az xəbər verir ki, 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızı ona ev şəraitində sistem köçürüldükdən sonra qəfil halı pisləşib.

Ailə üzvləri onu xəstəxanaya çatdırmaq istəsələr də, uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb və araşdırma aparılır.

TƏBİB-dən Lent.az-a bildirilib ki, sentyabrın 22-də saat 21 radələrində 6 yaşlı qız Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Azyaşlının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2412

Oxşar yazılar