Bərdədə qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə fərdi yaşayış evinə qanunsuz daxil olan şəxsin ev sahibəsinə qarşı soyğunçuluq əməli törətməsi barədə məlumat daxil olub. Məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Eldəniz İsayev isti izlərlə saxlanılıb. O, soyğunçuluq edərək ələ keçirdiyi pulun bir qismi ilə birlikdə istintaqa təqdim olunub.
Faktla bağlı Bərdə RPŞ-də E.İsayev barəsində Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.