Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB
03 iyun 2025 15:35 (UTC +04:00)

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Qarabağ Regional Təhsil İdarəsi Bərdədə baş verən faciə ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən açıqlamada deyilir ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağrılıb, şagird tibb müəssisəsinə aparılıb.

“Məktəbliyə tibb müəssisəsində müvafiq tibbi yardım göstərilir. Məktəbin direktoru tibb məntəqəsində şagirdə baş çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır. 

Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

TƏBİB-dən isə bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (qadın cinsli) iyunun 2-si saat 12:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Qapalı fəqərə onurğa beynin travması, L1-fəqərəsinin fəsadlaşmamış sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

***

saat 12:48

Bərdədə məktəbdə faciəli hadisə yaşanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə qeydə alınıb.

Oranın şagirdi, 15  yaşlı Zeynəb Ruslan qızı Şəldizadə sinif otağının pəncərəsindən, 3-cü mərtəbən yıxılıb.  

Məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2792

Oxşar yazılar