Bərdədə əkin sahəsindən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Mollagüllər kəndində qeydə alınıb.
76 yaşlı Əhmədova Zivəndə Əhməd qızının meyiti yaşadığı kənd ərazisindəki əkin sahəsində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.