Bərdədə DƏHŞƏT:  1 ölü, 3 yaralı - YENİLƏNİB
02 aprel 2024 09:47 (UTC +04:00)

Bərdədə DƏHŞƏT: 1 ölü, 3 yaralı - YENİLƏNİB

Bərdədə evdə baş verən yanğınla bağlı yeni faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1 azyaşlı ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Belə ki, 2019-cu il təvəllüdlü Həsənov Rəfael Rauf oğlu Bərdə rayonu, Qaradağlı kəndində babasına məxsus evdə baş vermiş yanğın nəticəsində dünyasını dəyişib.

Hadisə zamanı evdə olmuş 2002-ci il təvəllüdlü Bahadurlu Xumar Mətləb qızı, İlyasova Zümrüd Xasay qızı və 2024-cü il təvəllüdlü Bahadurlu Nilay İlham qızı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

***

1 aprel, saat 12:46

Bərdədə fərdi yaşayış evində yanğın olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 4161
avatar

Oxşar yazılar