Sankt-Peterburq sakini bərbərə getdikdən sonra qulağının bir parçasını itirib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, oktyabrın 30-u axşam saatlarında 28 yaşlı kişi Sankt-Peterburqdakı Mariinski xəstəxanasına yerləşdirilib. Həkimlər onun sağ qulağında kəsilmiş yara aşkar ediblər. Xəstə Krasnoqvardeyskaya küçəsindəki bərbərxanaya uğursuz səfərindən sonra tibb müəssisəsinə yerləşdirilib.
Məlumata əsasən, saç kəsimi zamanı bərbər təsadüfən müştərinin qulağının bir hissəsini kəsib.
Sankt-Peterburq sakininə dərhal tibbi yardım göstərilib və evə göndərilib. İlkin məlumata görə, onun vəziyyəti kafi qiymətləndirilir.