BDU-nun tələbəsi dənizdə batdı: Meyiti 2 gün sonra tapıldı  - FOTO
22 iyun 2022 10:48 (UTC +04:00)

BDU-nun tələbəsi dənizdə batdı: Meyiti 2 gün sonra tapıldı - FOTO

Abşeronda gənc oğlan dənizdə batıb.

Lent.az-ın məlumatına görə, hadisə iyunun 20-də Novxanı qəsəbəsindəki çimərliklərdən birində baş verib. 19 yaşlı Ağsu rayon sakini Niftalıyev Səfər Vidadi oğlu dənizdə çimərkən bataraq dünyasını dəyişib.

Onun meyiti bu gün dənizdən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Niftalıyev kollec tələbəsi olub.

***
Bakı Dövlət Universiteti də dənizdə batan tələbə ilə bağlı məlumat yayıb.

Lent.az xəbər verir ki, universitetdən bildirilib ki, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib. 

O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.

Səfər Niftalıyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Mehman Nəbiyev

Oxşar yazılar