Bayramda qonaq çox içdiyi üçün  öldürüb zirzəmiyə atdılar
08 dekabr 2022 19:53 (UTC +04:00)

Bayramda qonaq çox içdiyi üçün öldürüb zirzəmiyə atdılar

Rusiyada adam öldürən şəxsə hökm oxunub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Xabarovsk vilayətində 50 yaşlı kişi Milad bayramında sərxoş dostunu öldürüb. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin cəsədin gizlədilməsinə kömək edən sevgilisi də 100 min rubl cərimələnib. Onlar günahlarını etiraf ediblər.

İstintaqın məlumatına görə, bu il yanvarın 7-dən 8-ə keçən gecə Koryakskaya küçəsindəki evlərdən birində qonaq ev sahibi və xanımı ilə içki içib. Ziyafət zamanı qonaq çox içdiyi üçün onlar arasında dava düşüb. Ev sahibi qonağa hücum edib və 14 bıçaq zərbəsi vuraraq öldürüb. Zərərçəkmiş yerindəcə keçinib. Bundan sonra qətli törədən kişinin sevgilisi meyiti zirzəmidə gizlədib.

Tezliklə cinayət ortaqları həbs olunub. Məlum olub ki, həmin şəxs əvvəllər də bir neçə dəfə məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Oxşar yazılar