Bayram günləri yollarda 6 nəfər can verib
23 mart 2022 10:52 (UTC +04:00)

Bayram günləri yollarda 6 nəfər can verib

0

2022-ci il mart ayının 21-də və 22-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayılıb.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1528

Oxşar yazılar