Martın 20-dən 27-dək respublika ərazisində 16 ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bayram günləri baş verən qəzalar nəticəsində 16 nəfər həlak olub.
7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onu da əlavə edək ki, yol qəzalarında daha çox ölüm halları martın 20 və 21-də qeydə alınıb. Belə ki, həmin günlərin hər birində baş verən yol qəzalarında 5 nəfər ölüb.