Son sutkada dənizdə batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində, “Buzovna” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub”, - deyə məlumatda qeyd olunub.