Gəncədə evə basqın olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Sədi küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Namazov Xəyyam Rasim oğlu qulağın kəsilmiş yarası və onun anası, 1950-ci il təvəllüdlü Namazova Xuşud Əli qızı sağ əlinin bilək nahiyəsinin, dodağının çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib.Hər iki xəstəyə lazımi tibbi yardlm göstərilib, onların vəziyyətinin orta ağır olduğu bilirilir. Xəsarət alan şəxslərin sözlərinə görə onlar evə baqın edən iki nəfər maskaslı şəxs tərəfindən döyülüb. Zərərçəkənlərin ifadəsinə görə vasqınçılar silahlı olub.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.