Baş redaktoru döydülər - DİN nəzarətə götürdü
20 fevral 2021 14:20 (UTC +04:00)

Baş redaktoru döydülər - DİN nəzarətə götürdü

Ötən gün axşam saatlarında “hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

APA-nın xəbərinə görə, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.

Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4725
avatar

Oxşar yazılar