Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini Elçin Məmmədov Səbail rayonunda partlayış baş verən ərazidədir.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hazırda qurum tərəfindən hadisə baş verən Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda istintaq hərəkətləri aparılır.