Milli Məclisin birinci çağırış deputatı, baş prokurorun sabiq birinci müavini olan Mətləb Mütəllimli məhkəməyə müraciət edib.
Lent.az xəbər verir ki, həmçinin Sosial Ədalət Partiyasının sədri olan M. Mütəllimli Bakı İnzibati Məhkəməsinə üz tutub. Onun müraciətinə səbəb pensiya təminatı ilə əlaqədardır. İş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır.
Belə ki, baş prokurorun sabiq müavininin pensiyasının miqdarından narazı olduğu iddia edilir. Onun məhz pensiyasının düzgün hesablanması üçün məhkəməyə müraciət etdiyi bildirilir.
Qeyd edək ki, Mütəllimli Mətləb Əzizulla oğlu 1990-1995-ci illərdə Milli Məclisin deputatı, 1992-ci ildə baş prokurorun birinci müavini olub. O, həmçinin 1994-cü ildən fəaliyyətdə olan Sosial Ədalət Partiyasının sədridir.