Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən sabiq icra başçısı Vilyam Hacıyevin oğlu prokurorluq orqanlarından xaric edilib.
Lent.az-ın verdiyi məlumata görə, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qubadlı rayon Prokurorluğun əməkdaşı Məhəmməd Hacıyev tutduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilib.