Baş Prokuror özünə yeni köməkçilər təyin etdi
28 fevral 2023 12:23 (UTC +04:00)

Baş Prokuror özünə yeni köməkçilər təyin etdi

0

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Vüsal Əliyev baş prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışıb.

Həmçinin müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2295

Oxşar yazılar