Barda mübahisə:  Yandırmaq istədilər
23 dekabr 2021 12:56 (UTC +04:00)

Barda mübahisə: Yandırmaq istədilər

0
Rusiyanın paytaxtı Moskvanın Medvedkova rayonunda 48 yaşlı kişi saxlanılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, bu ərazidə yerləşən barı yandırmaq istəyib.

Məlumata əsasən, onun bu hərəkətinə səbəb barın mühafizəçisi ilə mübahisəsi olub. Onu bardan çıxaran mühafizəçi ərazidən də uzaqlaşdırmaq istəyib. O isə yanacaq dolu qabla bara yaxınlaşaraq, ora od vurmağa cəhd edib. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Həmin şəxs saxlanılıb və barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1627

Oxşar yazılar