Meksikada sərxoş adamın qovulduqdan sonra barı yandırması nəticəsində 11 nəfər ölüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciə San-Luis-Rio-Kolorado şəhərindəki barda baş verib. Bara spirtli içki qəbulu səbəbindən qeyri-adekvat vəziyyətdə olan gənc gəlib. Xüsusən də özünü kobud aparıb, qadınlara sataşıb, buna görə də oradan qovulub. Bu, kişini qəzəbləndirib, o, bara qayıdıb və “Molotov” kokteyli kimi görünən şeyi ona tərəf atıb.
Bu, 11 nəfərin ölümünə səbəb olan yanğınla nəticələnib. Onlardan dördü qadın olub, daha dörd zərərçəkən yanıq və xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ölənlərdən biri ABŞ vətəndaşıdır.
Yaralılardan bəziləri təcili olaraq Amerika Birləşmiş Ştatlarının xəstəxanalarına çatdırılıb. Artıq şübhəli şəxs həbs edilib.