“Qazprombank”ın keçmiş top meneceri Vladislav Avayev həyat yoldaşını öldürməzdən əvvəl ona işgəncə verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə özəl mənbələr məlumat yayıb.
Məlumatda qeyd edilir ki, “Qazprombank”ın keçmiş vitse-prezidenti həyat yoldaşından ona xəyanət etməkdə şübhələnib. Bankir arvadının hamilə olduğunu biləndə uşağın atası özünün deyil, ailənin şəxsi sürücüsünün olduğundan şübhələnib. Sürücü isə artıq Moldovaya qaçıb.
Vladislav Avayev
Qeyd edilir ki, qətl günü Avayev silahını götürərək arvadını sorğu-sual edib və bu zaman o, qadını əvvəlcə dizlərindən, sonra isə dirsəklərindən güllələyib. O, həyat yoldaşına ölümlə nəticələnəcək xəsarətlər də yetirib. Bundan sonra bankir əlil qızını öldürərək intihar edib.
Aprelin 18-də günorta saatlarında mənzildə güllə yaraları olan 47 yaşlı qadın, 50 yaşlı kişi və 13 yaşlı uşağın meyitləri aşkar edilib.
Ailənin sürücüsü və dayə kimi xidmət göstərən qohumları telefonla əlaqə saxlaya bilməyiblər. Bundan başqa, qapı içəridən bağlı olduğundan mənzilə girə bilməyəcəklərinə əmin olandan sonra onların meyitləri aşkarlanıb.
İstintaqın ilkin versiyasına görə, Avayev həyat yoldaşını və yetkinlik yaşına çatmayan qızını öldürəndən sonra intihar edib.