Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.