Balta ilə qorxudub 41 kisə şam qozası oğurladılar
02 sentyabr 2023 12:35 (UTC +04:00)

Balta ilə qorxudub 41 kisə şam qozası oğurladılar

0

Altay diyarının Onqudayski rayonunda 4 sərxoş şam qozası toplayanı qarət ediblər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Onquday rayonunun əvvəllər məhkum olunmuş 4 sakini 68 yaşlı şəxsdən 41 kisə şam qozası oğurlayıb. Onlar meşədə yabanı bitkilərin toplandığı yerdə yaşlı kişini balta ilə hədələyərək, maşına yığdığı bütün qozaları götürüblər.

Təqaüdçü polisə müraciət edib. Oğrular saxlanılıb, məlum olub ki, onlar həmin məhsulu ən yaxın toplama məntəqəsində 61.500 rubla (təxminən 1088 manata) satıblar.

Faktla bağlı quldurluq faktı üzrə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5357

Oxşar yazılar