Balıqçılar göldə dəm qazından zəhərləndi
09 mart 2024 12:22 (UTC +04:00)

Balıqçılar göldə dəm qazından zəhərləndi

Rusiyanın Çelyabinsk vilayətində, Uvildı gölündə iki nəfər balıq tutarkən ağır yanıq xəsarəti alıb və dəm qazından zəhərlənib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə martın 8-də günorta saatlarında baş verib. Uzunmüddətli buz balıq ovuna gedən kişilər çadır qurub soba yandırıblar. Balıqçıların özləri də fərq etmədən sobanı yandırarkən dəm qazı çıxıb və bu da onların huşunu itirməsinə səbəb olub.

Çadır yanıb, hadisə şahidləri tüstünü görüb və xilasediciləri çağırıb. Zərərçəkənlər yanıq xəsarətləri və dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

# 2391
avatar

Oxşar yazılar