Mingəçevir su anbarında batan şəxsin kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Mingəçevir şəhər sakini 51 yaşlı Bayramov Sərdar Valeh oğludur. Məlumata əsasən, o, ötən gün balıq tutmağa getsə də, sonradan yoxa çıxıb.
Onun itkin düşdüyü ehtimal olunaraq polisə müraciət edilib. Lakin bu gün onun Mingəçevir su anbarında batması üzə çıxıb. Hazırda FHN əməkdaşları tərəfindən onun meyitinin çıxarılması üçün tədbirlər görülür.
***
Saat: 12:11
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunda, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.