Balıq ovuna gedən kişini  İTİ GÜLLƏLƏDİ
01 noyabr 2022 19:18 (UTC +04:00)

Balıq ovuna gedən kişini İTİ GÜLLƏLƏDİ

Tümen vilayətinin Tobolsk rayonunda itin təsadüfən yerə atdığı silahdan açdığı atəş nəticəsində bir nəfər ölüb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. 

“İki kişi balıq tutmağa gedib. Yanlarında itlər də olub. Versiyalardan birinə görə, it silaha toxunub, bundan sonra silahdan atəş açılıb. Nəticədə kişilərdən biri yaralanıb”, - məlumatda bildirilir.

Bir müddət xəsarət alan balıqçı huşunu itirməsə də, həkimlər gələnə qədər dünyasını dəyişib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar