Balakəndə  beşotaqlı ev yanıb
31 iyul 2023 08:10 (UTC +04:00)

Balakəndə  beşotaqlı ev yanıb

0

Balakəndə  beşotaqlı fərdi yaşayış  evində  yanğın olub. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın hadisəsi saat 02 radələrində rayonun Püştətala kəndində, kənd sakini Həybullah Şəfi oğlu Qarakişiyevə məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin  20 kv/m-lik mətbəxtinin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1682

Oxşar yazılar