Balakən sakinlərindən 6 qanunsuz tüfəng götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.
Tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb. Həmin silahlar ekspertizaya göndərilib və sahibləri barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.