Bakının mərkəzindəki restoranda  lift qırıldı,   2 nəfər..
05 aprel 2022 17:54 (UTC +04:00)

Bakının mərkəzindəki restoranda lift qırıldı, 2 nəfər..

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. 

Bu barədə Lent.az-a Kliniki Tibbi Mıərkəzdən məlumat verilib.

Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Mərkəzə gətirilib. 

 Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki yaralı reanimasiyaya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, isə xəsarət alanlar 1988-ci il təvəllüdlü Abdulsalamov Məmməd Əlövsət oğlu, 1978-ci il təvəllüdlü Qəhrəmanov Nadir Əli oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498
avatar

Aytəkin Cəlali

Oxşar yazılar