Dünən axşam saatlarında Bakının mərkəzində naməlum şəxslərin quzuya uşaq bezi bağlaması ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki,həmin şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə aparılıb.
Qurum rəsmisinin sözlərinə görə, həmin şəxslərlə proflaktik söhbət aparılıb və sərbəst buraxılıb:
“Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin pərkəzində quzu gəzdirmək olmaz”.