Bakıda odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məluymat daxil olub.
Şöbə əməkdaşları məlumat əsasında N.Nərimanov prospektindəki məişət tullantıları qutusundan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı və 4 ədəd 7,62 çaplı patron aşkar edərək götürüblər.