Bakının mərkəzində silsilə oğurluqlar edən tutuldu
09 iyun 2023 19:23 (UTC +04:00)

Bakının mərkəzində silsilə oğurluqlar edən tutuldu

Bakıda silsilə oğurluqlar edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 453 manat, bank kartları və sənədləri olan cüzdanı, “Hyundai” markalı bir avtomobildən isə mobil telefon oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da məlum olub.

# 1515
avatar

Oxşar yazılar