Bakının mərkəzində otel   qarət olundu
15 mart 2023 12:34 (UTC +04:00)

Bakının mərkəzində otel qarət olundu

Bakıda otel qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 11-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən otellərin birindən 1770 manat dəyərində 2 ədəd güldan, suvenir əşya və təmir alətinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

# 1488
avatar

Oxşar yazılar