Bakının mərkəzində maşın binaya çırpıldı, ölən var
08 fevral 2021 13:52 (UTC +04:00)

Bakının mərkəzində maşın binaya çırpıldı, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 7-də saat 21 radələrində Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində Bakı şəhər sakini S.Səfərov idarə etdiyi “KİA” markalı avtomobili yaşayış binasının divarına vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

# 2025
avatar

Mehman Nəbiyev

Oxşar yazılar