Bakının mərkəzində dönərxana yandı
20 avqust 2021 10:47 (UTC +04:00)

Bakının mərkəzində dönərxana yandı

Bakıda dönərxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan dönərxananın lambirindən ibarət tavanı 15 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin mətbəxində lambirindən ibarət tavan 9 m² sahədə, mebel və taxtadan ibarət qapı, ümumi sahəsi 15 m² olan otağın (hamam, sanitar qovşağı) lambirindən ibarət tavanı, ümumi sahəsi 30 m² olan ofisin (fəaliyyət göstərmir) yanar konstruksiyaları və aynabəndin yanar konstruksiyaları 18 m² (ümumi 87 m²) sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Mehman Nəbiyev

Oxşar yazılar