Bakının mərkəzində avtomobil  ağaca çırpıldı:   xəsarət alanlar var
14 aprel 2022 02:07 (UTC +04:00)

Bakının mərkəzində avtomobil ağaca çırpıldı: xəsarət alanlar var

0

Bakının Səbail rayonunda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobilini idarə edən sürücü sükana nəzarəti itirib.

Nəticədə minik maşını yol kənarında ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və iki sərnişini xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1742

Oxşar yazılar