Bakıdan gedib Sumqayıtda 24 minlik oğurluq etdi
30 dekabr 2022 10:42 (UTC +04:00)

Bakıdan gedib Sumqayıtda 24 minlik oğurluq etdi

0

Sumqayıtda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisindəki mənzillərin birindən 15.000 manat, 5.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1647

Oxşar yazılar